Kriminal

Xalasının telefonunu 940 manata satdı – Pulu bir günə xərclədi

Qonaq getdiyi evdə bir gecə qalan 18 yaşlı gənc xalasının mobil telefonunu oğurlayıb. 3400 manat dəyəri olan telefonu 940 manata satan gənc həmin məbləği bir günə xərcləyib. xeberde.az xəbər verir ki, hadisəni törədən Məhəmmədin 18 yaşı tamam olub. Bu, onun ilk cinayət əməli olmayıb. Belə ki, Məhəmməd həmin ərəfədə başqa bir oğurluq və soyğunçuluq əməli törətdiyi […]

İqtisadiyyat manset

Azərbaycanın enerji suverenliyində yeni səhifə

Azərbaycanın energetika tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, ölkənin iqtisadi və strateji inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli ruhun, zəfər əzminin infrastrukturda təcəssümüdür. Prezident İlham Əliyevin Mingəçevirdə keçirilən açılış mərasimindəki çıxışı bu hadisənin sadəcə texniki deyil, siyasi, tarixi və mənəvi çalarlarını da ortaya qoydu. 1880 meqavat generasiya […]

Cəmiyyət Gündəm Hadisə manset

Bakıdakı partlayışda xəsarət alan olmayıb

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib. “Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam […]

İdman

Güləşçimiz Avropa çempionatının finalında

Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib. xeberde.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub. Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8 […]

Dünya

Niderland və Belçika gəmilərini Ukraynaya verib

Niderland və Belçika ilk dəfə Kiyevə “BNS Narcis” və “Zr.Ms. Vlaardingen” minatutan gəmiləri təhvil verib. xeberde.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub. Bildirilib ki, minatutan gəmilərin təhvil verilməsi Zeyebrüggedəki dəniz bazasında baş tutub. “Minaaxtaran gəmilər yeni fəsilə – fərqli bayraq altında və yeni missiya ilə başlayırlar”, — Niderland müdafiə nazirinin […]

Dünya İqtisadiyyat manset

Braziliyadan dünya bazarına qəhvə tədarükü kəskin şəkildə azaldı

2025-ci il may ayının yekunlarına görə Braziliyadan dünya bazarına qəhvə dənələrinin tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalıb. xeberde.az xəbər verir ki, bu barədə Latın Amerika ölkəsinin Qəhvə İxracatçıları Şurasının (Cecafe) saytında bildirilib. Yazın son ayında yerli plantasiya sahibləri ixrac üçün cəmi 2,963 milyon ədəd 60 kq-lıq kisə göndərə biliblər. […]

Dünya

Ukrayna iqtisadiyyatı çökmək üzrədir – KİV

Qərb ölkələrinin yardımlarına baxmayaraq, Ukrayna iqtisadiyyatı çökmək ərəfəsindədir. xeberde.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Məlumata görə, Ukrayna iqtisadiyyatı Qərbin dəstəyi sayəsində hələ də “diri” qalıb: “Lakin 2026-cı ildə Qərb resurslarının ehtiyacların yalnız yarısını ödəməyə kifayət edəcəyi ehtimalı var”.

Dünya

Putin Belarusdadır

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib. xeberde.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib. Kreml Rusiya prezidentinin qarşılanma mərasimindən görüntülər yayıb. Bildirilib ki, Putin Avasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Minskə səfər edib.

Cəmiyyət

Əsgərliyə hazırlaşanların nəzərinə! – Yerlər AÇIQLANDI

Azərbaycanda gələn ay müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı məlumatlandırılıblar. xeberde.az xəbər verir ki, çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytındakı müvafiq bölməyə daxil olaraq xidmət yerlərini öyrənə bilərlər. Bundan əlavə, vətəndaşların mobil telefonlarından çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni […]