Cəmiyyət

Bakının bu çimərliklərində çimmək tövsiyə OLUNMUR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabatı göstərir ki, paytaxt və ətraf ərazilərdə yerləşən bəzi çimərliklərdə dəniz suyunun təmizliyi qənaətbəxş deyil. Şıx və Pirşağı kimi çimərliklərə çirkab suların axıdılması səbəbindən bu ərazilərdə çimmək tövsiyə olunmur və sağlamlıq baxımından təhlükəli hesab edilir. Bunu xeberde.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov deyib. O […]

İqtisadiyyat manset

Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirildi

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, dəyişikliyə […]

İqtisadiyyat manset

Azərbaycanda büdcə qaydası dəyişdi

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. xeberde.az xəbər verir ki, yeniləmiş qanun Azərbaycanda büdcə qaydasının dəyişdirilməsini nəzərdə tutur. Qanun dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, dövlət büdcəsinin icrası haqqında qanun […]

Cəmiyyət

22 illik müavinini son mənzilə yola sala BİLMƏDİ

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirinin müavini vəzifəsində çalışan Elçin Əfəndiyev avqustun 3-də vəfat edib. Mərhumla vida mərasimi bu gün – 4 avqust tarixində Gənc Tamaşaçılar Teatrında baş tutub. Vida mərasimində yazıçının ailə üzvləri, dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak ediblər. Onun cənazəsi böyük izdihamla I Fəxri Xiyabanda torpağa tapşırılıb. Elçin Əfəndiyev həm […]

Təhsil

3 bağça müdiri işdən çıxarılıb

“Yanvar – iyul ayları ərzində məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bağlı 189 halda intizam tənbehi tədbirləri tətbiq edilib”.  xeberde.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 3 müəssisə rəhbərinin əmək müqaviləsinə xitam verilib. Cari ilin yanvar-iyul ayları ərzində məktəbdənkənar təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələrinə əsasən, müəssisə rəhbərləri barəsində isə ümumilikdə 20 halda […]

Kriminal

Anar Abdullayev məhkəmə zalında həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullayevin qaydalara əməl etmədiyini əsas gətirərək onun məhkəmə zalında həbs edilməsini istəyib. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. […]

Cəmiyyət Gündəm

Elçinlə vida – FOTOREPORTAJ

Avqustun 4-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı, “İstiqlal” ordenli, dövlət və ictimai xadim Elçin Əfəndiyevlə vida mərasimi keçirilib. Vida mərasimində Baş nazir Əli Əsədov, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Xalq yazıçısı Elçin Əfəndiyevin həmkarları, dostları, tanınmış elm […]

Tədbirlər

Azərbaycan dili – milli varlığımızın təməli və dövlətçiliyimizin dayağı

Azərbaycan dili – xalqımızın mənəvi sərvəti, milli kimliyimizin ayrılmaz parçası, dövlətimizin suverenliyini və müstəqilliyini təcəssüm etdirən başlıca amillərdən biridir. Hər bir xalq üçün onun ana dili milli varlığının, mənəviyyatının, dünyagörüşünün, tarixinin və mədəniyyətinin güzgüsüdür. Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan biri də 2001-ci il avqustun 9-da Ulu Öndər […]

Cəmiyyət

Bakıda ucuz maşın fırıldağı – Diqqətli olun!

Bakıda ucuz qiymətə satışa çıxarılan maşın “tələ” imiş. xeberde.az  bildirir ki, dələduzlar elan saytlarından birinə 2300 manata BMW markalı maşın yerləşdirərək fırıldaqla məşğul olurlar. Onlara zəng etdikdə maşının Oğuzda olduğunu və saxlamaq üçün beh gərəkdiyini bildirirlər. Onlar beh götürdükdən sonra nömrəni bloka ataraq aradan çıxırlar. Bu barədə məlumat Bimmer Club Azerbaijan qrupunda paylaşılıb.(milli.az)

Dünya

Əfqanıstan hakimiyyəti BMT-yə qəzəbləndi

“Taliban” hərəkatının rəhbərlik etdiyi Əfqanıstan BMT-ni tənqid edib. xeberde.az xəbər verir ki, buna səbəb BMT-nin yeni hakimiyyət nümayəndələrinin ölkəni təmsil etmələrinə icazə verməməsidir. “BMT neytral təşkilat olaraq qalmalı idi. Lakin o, indi öz səmərəliliyini və müstəqilliyini itirərək, Qərbin siyasi gündəliyinin tələblərini yerinə yetirir”, – deyə Əfqanıstanın nümayəndəsi Zəbihullah Mücahid vurğulayıb. Mücahid, həmçinin xatırladıb ki, hazırda […]