Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. xeberde.az xəbər verir ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. (Mənbə: report)
Author: VUQAR FERZELIYEV
Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək – SİYAHI
Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini əhatə edən bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. xeberde.az xəbər verir ki, bu tədbirlər ölkənin beynəlxalq platformalardakı rolunun artdığını və regional mərkəzə çevrildiyini bir daha nümayiş etdirir. Belə ki, bu il Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçiriləcək. Forum 17–22 […]
Sabah 40 yaşı olacaq -Ukrayna Qəhrəmanı, çoxsaylı sui-qəsdlər…
Prezident Ofisinə rəhbər təyin edilən Kiril Budanov kimdir? Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov dünən Prezident Ofisinə (Prezident Aparatına) rəhbərlik etmək təklifini qəbul etdikdən sonra bütün diqqətlər onun personasına yönəlib. xeberde.az qeyd edir ki, Budanov 2025-ci il noyabrın 28-də istefa vermiş Andrey Yermakı əvəz edəcək. Yermak mənzilində korrupsiyaya qarşı mübarizə aparan əməkdaşları tərəfindən aparılan […]
İranın taleyini onlar həll edə bilər – azərbaycanlıların AYAĞA QALXMASI…
İranda dekabrın sonlarından başlayan etirazlar davam edir və ölkənin müxtəlif yerlərində hüquq-mühafizə orqanları ilə toqquşmalarda təxminən on nəfər həlak olub. İranda etirazlar 28 dekabrda Tehranda tacirlərin küçələrə çıxması ilə başlayıb. Etirazlar sürətlə yayılıb və hazırda ölkənin bütün böyük şəhərlərində davam edir. xeberde.az yazır ki, əvvəlcə etirazlar ölkədəki yüksək inflyasiya fonunda İran valyutasının kəskin zəifləməsi ilə […]
AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir. Uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir. Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik […]
Azərbaycanın qoşulmaq istədiyi “orta güclər liqası” nədir? – kritik gözlənti
Xəbər verdiyimiz kimi , rusiyalı politoloq Sergey Markedonov özünün “Donskoy Kavkaz” Telegram kanalında 2026-cı ildə Cənubi Qafqazın üç ölkəsi ilə bağlı təhlillə çıxış edib. Markedonova görə, Ukrayna münaqişəsi fonunda bütövlükdə Qafqazın, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə azalıb. “Ermənistanda parlament seçkiləri gələn ilin ən mürəkkəb tapmacalarından biridir. Siyasi stratiqrafiya çox mürəkkəbdir. Nəqliyyat və […]
Türkiyədə zəlzələ oldu
Türkiyənin Bingöl əyalətində zəif intensivli zəlzələ baş verib. 3,5 bal gücündə olan yeraltı təkan yerli vaxtla 01:56-da (Bakı vaxtı ilə 02:56) qeydə alınıb. Zəlzələnin episentri Bingöl vilayətinin Yedisu rayonunda yerləşib. Mütəxəssislərin açıqlamasına əsasən, yeraltı təkan 6,9 kilometr dərinlikdə baş verib. Hadisə nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb./Milli.az/
Azərbaycanlı iş adamı Yeni ildə 3 milyard dollara yaxın pul İTİRDİ
Rusiyanın “Lukoyl” şirkətinin sahibi Vahid Ələkbərov üçün 2026-cı il uğursuzluqla başlayıb. 75 yaşlı Azərbaycan əsilli rus iş adamının sərvəti yanvarın 1-dən bəri 2,72 milyard dollar azalıb. Hazırda “Lukoyl” şirkətinin əsas səhmdarının sərvəti 27,4 milyard dollar təşkil edir./Modern.az/
Moskvada ən böyük bazarlardan biri yanır
Moskvadakı Sergiyev Posad bazarında güclü yanğın başlayıb. xeberde.az Rusiya mətbuatına istinadən xəbər verir ki, axşam saatlarından başlayan yanğını söndürmək mümkün olmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Max messenger tətbiqində verdiyi məlumata görə, yanğın 3000 kvadrat metr sahəni əhatə edir: “Sergiyev Posadda 1-ci Rıbnaya küçəsindəki bazardakı pərakəndə satış pavilyonları yanır. Yanğın 3000 kvadrat metr sahəni əhatə edib. Yüksək […]
Almaniyada bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb
Almaniyanın Gelzenkirxen (Şimali Reyn-Vestfaliya) şəhərindəki “Sparkasse” bankından naməlum şəxslər tərəfindən oğurlanan qiymətli əşyaların ümumi dəyəri 100 milyon avrodan çoxdur. xeberde.az-ın məlumatına görə, bu barədə “Bild” qəzeti mənbələrinə istinadən xəbər yayıb. Zərər əvvəlcə təxminən 30 milyon avro qiymətləndirilib. “Sparkasse”nin filialı Milad tətili üçün bağlanıb. İlkin məlumatlara görə, oğrular yaxınlıqdakı dayanacaqdan binaya daxil olaraq divarda böyük dəlik […]










