Ziya Bünyadov prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yolun bir hissəsində çökmə baş verib. xeberde.az xəbər verir ki, bu barədə “İctimai TV” sözügedən ərazidən süjet hazırlayıb. Bildirilib ki, prospektin bir hissəsində diametri təxminən 1 metrə qədər yolda çökmə baş verib. Həmçinin qeyd olunub ki, iyunun 26-da Cümşüd Cümşüdlünün ölümünə səbəb olan çökmə ilə bu yolun […]
Author: VUQAR FERZELIYEV
Külək nə vaxt dayanacaq?
İyulun 3-ü saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır. Ölkə […]
Bakı meriyası Müsavata “YOX” dedi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib. xeberde.az-ın xəbərinə görə, meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. Bildirilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası […]
Ali Məhkəmədən mühüm QƏRAR
Bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. xeberde.az xəbər verir ki, iclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib. “İnzibati mübahisələrə dair işlər üzrə […]
Təbiətə 81 min manatlıq ziyan vuruldu
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Abşeron, İmişli və Füzuli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə xeberde.az-a xidmətdən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti N.Tusi küçəsi 28 ünvanında, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti […]
Azərbaycanda spirtli içkilərin istehsalı sürətlə artır
Məhərrəmlik ayının başlaması ilə Azərbaycanda adətə uyğun olaraq toylar, şənliklər və digər əyləncə tədbirləri təxirə salınıb. Belə şəraitdə diqqət çəkən başqa bir məqam isə spirtli içkilərin istehsalı və istehlakında yaranan dinamikanın hansı istiqamətdə inkişaf etməsi ilə əlaqəlidir. Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xeberde.az-a açıqlamasında Azərbaycanda spirtli içkilərin istehsalı və istehlakı ilə […]
9 uşaq bağçası açılacaq
2024-cü ildə 14 məktəbəqədər təhsil müəssisəsi tikilərək istifadəyə verilib. xeberde.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb. Məlumatda qeyd olunub ki, cari ildə 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. 2025-ci ilin yanvar ayından etibarən 11 bağçanın fəaliyyətə başlaması nəzərdə tutulub. Onlardan 2-si açılıb, ümumi […]
Bu universitet yeni yataqxana tikməyi planlaşdırır
Bakı Dövlət Universitetinin (BDU) köhnə yataqxanasının ərazisində müasir tələbə şəhərciyinin salınması ilə bağlı müzakirələr hələ də davam edir. Bu barədə BDU-nun mətbuat katibi Kəmalə Namazova xeberde.az-a məlumat verib. O bildirib ki, layihə ilə bağlı müzakirə mərhələsi hazırda başa çatmayıb. Qeyd edək ki, bir müddət əvvəl universitet rəhbərliyi həmin ərazidə tələbələr üçün müasir tipli yaşayış kompleksinin inşasını […]
“Sputnik-Azərbaycan” işinə görə beş nəfər polis nəzarətinə verilib
“Sputnik-Azərbaycan” işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. xeberde.az-ın əldə etdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar. Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini […]
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
Bakıda xəstəxanada faciəli hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb. Orada müalicə alan, 1994-cü il təvəllüdlü Nuhbala Arazov xəstəxananın 3-cü mərtəbəsindən yıxılaraq ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.










