İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 28-də keçirəcəyi hərraca 1 faydalı qazıntı yatağı çıxaracaq. Bu barədə xeberde.az-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bu, Ağsu rayonundakı “Qasımbəyli” qum-çınqıl yatağıdır. Başlanğıc qiyməti 58 000 manat olan yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 21 avqust 2025-ci il saat 18:00-a qədər […]
Author: VUQAR FERZELIYEV
Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi – Hökm oxundu
Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin məhkəməsi başa çatıb. xeberde.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Şirəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib. İbtidai istintaq zamanı məlum olub ki, 1983-cü il təvəllüdlü Cavid Şirəliyev həm də 7gun.org saytının rəhbəridir. O, 2012-2014-cü illərdə “7 Gün Xəbər” […]
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
“Ədliyyə Nəşriyyat Evi” MMC ləğv olunduğunu elan edib. xeberde.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Ədliyyə Nəşriyyat Evi”ni 2004-cü ildə Ədliyyə Nazirliyi yaradıb.
Bu qidalar bağırsaq xərçənginə səbəb olur – ADLAR
Dünyada gənclər arasında bağırsaq xərçəngi hallarında sürətli artım müşahidə olunur. Mütəxəssislər erkən yaşda ortaya çıxan bağırsaq xərçənginin yaşlılardakı formadan bioloji baxımdan fərqli olduğunu və bu fərqin əsas səbəblərindən birinin qidalanma tərzi olduğunu bildirirlər. xeberde.az xəbər verir ki, ABŞ, Hindistan və Avropanın bəzi bölgələrində bağırsaq xərçəngi artıq gənclər arasında xərçəngdən ölümün başlıca səbəbləri arasında yer alır. […]
Türkiyədəki dəhşətli hotel yanğını işi üzrə QƏRAR VERİLDİ
Türkiyənin Bolu vilayətində, “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş və xeyli sayda insanın ölümünə səbəb olan yanğınla bağlı iş üzrə aralıq qərar qəbul edilib. xeberde.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bildirilir ki, Bolu Birinci Ağır Cinayətlər Məhkəməsi iş üzrə mühakimə olunan yanğınsöndürmə xidmətinin əməkdaşı İrfan Acarın həbsinə […]
Marketlərdəki dondurmalar keyfiyyətlidir? – AQTA-dan CAVAB
Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş istehlak olunur. Temperaturun yüksəldiyi aylarda bu cür məhsullara olan tələbatın artması ilə paralel olaraq onların keyfiyyəti və təhlükəsizliyi də xüsusi önəm kəsb edir. Çünki düzgün istehsal olunmayan və sanitar-gigiyenik normalara cavab verməyən dondurmalar zəhərlənmə və […]
Özünü polis kimi təqdim etdi, 5250 manat mənimsədi
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq cinayətinə yol verməkdə təqsirləndirilən şəxsə hökm oxunub. xeberde.az xəbər verir ki, Rahib adlı həmin şəxs Xəzər Baxşəliyev adlı vətəndaş barəsindəki cinayət işinə xitam verilməsinə köməklik göstərəcəyi barədə onun yaxınları ilə danışıb. Onları inandırıb ki, polis işçisidir və bu problemi həll edə bilər. Bunun müqabilində o, Xəzər Baxşəliyevin yaxınlarından […]
DİM: Qəbul imtahanında 12 nəfərin nəticələri ləğv olunub
II və III ixtisas qrupları üzrə yulun 6-da keçirilmiş qəbul imtahanında iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir. Qeyd edək ki, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış […]
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi – VİDEO
“Səs Azərbaycan” musiqi yarışmasının iştirakçısı Qəşəm Cəfərov vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. Gənc ifaçı xərçəng xəstəliyindən dünyasını dəyişib.
Xırdalanda parkda ağaclar bu səbəbdən kəsilibmiş – Açıqlama
Xırdalan şəhərindəki park və xiybanlar daxil olmaqla, Xırdalan şəhəri ərazisində mövcud olan şam ağaclarının, o cümlədən digər həmişəyaşıl ağac və kol bitkilərinin bütün aqrotexniki qulluq olunmasına baxmayaraq bir neçə ünvanda kütləvi şəkildə quruması müşahidə olunub. xeberde.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 10 may 2025-ci il tarixində Ekologiya və Təbii […]










