Hadisə

Psixiatriya xəstəxanasında ölüm

Sumqayıtda xəstəxanada ölüm hadisəsi baş verib. xeberde.az xəbər verir ki, iyulun 25-i saat 12 radələrində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Arzif oğlu Süleymanov müalicə olunduğu Sumqayıt Psixiatriya Xəstəxanasında vəfat edib. Onun sinir sisteminin böhranından əziyyət çəkdiyi və keçirdiyi əsəbdən öldüyü bildirilir. O da məlum olub ki, R.Süleymanov iyulun 24-də yaşadığı evdə damarlarını kəsərək […]

Araşdırma

Niyə bəzi insanlar karyera qura bilmir? 

Uğursuzluq müxtəlif formalarda özünü göstərə bilər. Bəziləri üçün bu, motivasiya mənbəyi olduğu halda, digərləri üçün depressiyanın başlanğıcı ola bilər. Ənənəvi düşüncə budur ki, insanlar karyerada uğursuzluğa düçar olurlar, çünki uğur qazanmaq üçün lazım olan bacarıqlara sahib deyillər. Lakin son araşdırmalar göstərir ki, karyeralarının ilk mərhələsində uğursuzluq yaşayan şəxslər, sonradan daha uğurlu olma potensialına malik olurlar. […]

İdman

Bakıda Avropa Cüdo Ümidləri turniri start götürüb

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Avropa Cüdo Ümidləri turniri və Kodokan mütəxəssislərinin texniki sessiyaları start götürüb. xeberde.az xəbər verir ki, beynəlxalq yarışda 12 ölkəni təmsil edən 88 klubun 436 idmançısı (364 oğlan, 72 qız) mübarizə aparır. U-13 və U-15 yaş kateqoriyalarında keçirilən turnirdə 33 çəki dərəcəsində qaliblər və mükafatçılar müəyyənləşəcək. Texniki […]

Hadisə

Bakıda zavodun liftində faciə – Ölən var

Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb.  Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev “Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib. Faktla […]

Dünya Hadisə

Türkiyə Ordusunun 2 əsgəri qızdırmadan öldü

Ötən gün Türkiyə Ordusunda iki hərbçi yüksək qızdırmadan vəfat edib. xeberde.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda nazirlik onların şəhid olduğunu bəyan edib. Qeyd olunub ki, orduda 7 əsgər yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisi – Hayrullah Halit Karaman və Semih Erdoğan şəhid olub. Onların ölüm səbəblərinin həddindən […]

Bölgə Hadisə

Gəncədə icra əməkdaşları döyüldü

Gəncədə iki nəfər döyülüb. xeberde.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər – İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Fakt araşdırılır.

Cəmiyyət manset

Azərbaycanda buna görə insanlar süni boşanma edir, sən demə… 

“Boşanmaların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olmur. İpoteka ilə ev almaq üçün də süni boşanma edirlər. xeberde.az xəbər verir ki, bu sözləri əməlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, bu zaman əsas məqsəd ipoteka tələblərinə cavab verməkdir: “Elə bilirsiniz ki boşananların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olur? Xeyr. Şahidi olduğum bəzi boşanmaları sizlərin […]

Dünya Hadisə manset

40 min zəvvar yoxa çıxdı

Son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığı açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, yoxa çıxan zəvvarların İranla əlaqəli olduğu bildirilib. Bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun” adlı hərbi qruplaşmalara cəlb olunub. Bu qruplar uzun […]

Dünya Hadisə

İranda məhkəməyə silahlı basqın olub 

Naməlum silahlı şəxslər İranın Zahedan şəhərində ədliyyə binasına hücum ediblər. xeberde.az xəbər verir ki, şənbə günü səhər saatlarında Sistan və Bəlucistan əyalətlərində naməlum silahlı şəxslərin ədliyyə binasına hücum etdiyini bildirib.İlkin məlumatlara görə, terror aktı nəticəsində bir neçə nəfər xəsarət alıb. Dərhal hadisə yerinə xilasedicilər göndərilib. Hücum edən 3 nəfər tərksilah edilərək öldürülüb.

Gündəm manset

AYNA Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil edəcək

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq. xeberde.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb. Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq: “Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur”. Vurğulanır ki, saat 16:00–20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı […]