İqtisadiyyat

Prezidentdən sərəncam: Onların maaşları artırıldı

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılıb. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib. Sərəncan 2025-ci il avqustun 1-dən tətbiq edilir.

Hadisə

Kür çayında bir nəfər batıb

Kür çayında bir nəfər batıb. Bu barədə xeberde.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Kriminal

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə xeberde.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. […]

İdman

Bu gün MDB Oyunlarında 11 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 9-cu günündə 11 idman növü üzrə yarışlar keçiriləcək. xeberde.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin. Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq […]

Araşdırma

Kişilərin beyni axşam saat 8-dən sonra kiçilir? – Mütəxəssislər açıqladı

Kişilərin beyninin hər axşam saat 20:00-dan sonra kiçildiyi barədə iddia yayılıb. Bu paylaşım on minlərlə bəyənmə toplasa da, ekspertlər bunun qismən yanlış olduğunu bildirirlər. xeberde.az xəbər verir ki, 2024-cü ildə Kaliforniya Universitetinin Santa Barbara kampusunda aparılan araşdırmada 26 yaşlı sağlam bir kişi 30 gün ərzində dəfələrlə MRT müayinəsindən keçib. Tədqiqatda beynin bəzi sahələrində gün ərzində […]

Araşdırma

Əlifbaların xəritəsi: Latın, ərəb, kiril… – FOTO

İnsan mədəniyyətinin inkişafında yazının və əlifbanın rolu əvəzsizdir. Tarixin müxtəlif dövrlərində xalqlar öz dillərini ifadə etmək üçün fərqli yazı sistemlərindən istifadə ediblər. Bu gün dünyada bir çox əlifba mövcuddur, lakin onların yayılma arealı və istifadə səviyyəsi bir-birindən fərqlənir. Xüsusilə üç əlifba – latın, ərəb və kiril – geniş coğrafi ərazilərdə istifadə olunur. Bununla yanaşı, bəzi […]

Araşdırma Dünya

Yer sürətlə “qaralır”: Alimlər bunun insanlıq üçün təhlükəsini izah etdi

2001–2024-cü illər arasında Yer kürəsinin günəş işığını əks etdirmə qabiliyyəti (albedo) nəzərəçarpacaq dərəcədə azalıb.  xeberde.az xəbər verir ki, bu nəticə NASA-nın radiasiya elmləri üzrə baş texnoloqu Norman Loebin rəhbərliyi ilə aparılan 20 illik araşdırmada təsdiqlənib.Alimlərin qeyd etdiyinə görə, xüsusilə şimal yarımkürəsində bu azalma daha çox müşahidə olunub. Məhz burada günəş radiasiyasının xalis itkisi qeydə alınır, […]

Bölgə Hadisə

Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var. xeberde.azxəbər verir ki, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. […]

Dünya İdman

FİFA da İsraillə bağlı yekun qərarı açıqladı

UEFA-nın ardınca FİFA da İsraillə bağlı qərar qəbul etdi. xeberde.az xəbər verir ki, FIFA prezidenti Canni İnfantino İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılmayacağını açıqlayıb. O, qurumun siyasi problemləri həll etmək səlahiyyətində olmadığını, amma futbol vasitəsilə sülh və birliyi təşviq etməli olduğunu vurğulayıb.Qərar 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra FİFA və UEFA-nın Rusiya millisinin və klublarının bütün yarışlardan […]

Dünya Maqazin

Mabel Matizin 3 ilə kimi həbsi tələb edildi

Türkiyəli məşhur müğənni Mabel Matiz barəsində ilkin araşdırma başa çatıb. xeberde.az xəbər verir ki, istintaq müğənninin “Perperişan” adlı yeni mahnısının ədəbsiz təsvir yaratdığı həmçinin yaş məhdudiyyəti olmadığından uşaqlar üçün təhlükə yaratdığı qənaətinə gəlib.İstanbul Cümhuriyyət Prokurorluğu Matizin “ədəbsiz nəşrlərin dərcinə vasitəçilik etmək” ittihamı ilə 6 aydan 3 ilə qədər həbs edilməsini tələb edib. Qeyd edək ki, […]