Misli Premyer Liqasının XX turunda lider “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib. “xeberde.az” xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən turun son oyununda qonaqlar 1:0 hesablı qələbə qazanıblar. “Bayquşlar”ın heyətində 54-cü dəqiqədə Xəyal Əliyev fərqlənib. Bakı klubu 49 xalla turnir cədvəlində vahid liderdir. 14 xalı olan “Qəbələ” isə 10-cu sırada qərarlaşıb. Qeyd edək ki, turun əvvəlki […]
Author: Xeberal.az
Pasiyent vəfat etdi, ailə iddia qaldırdı: Xəstəxanadan RƏSMİ REAKSİYA
Ağır vəziyyətdə olan pasiyentin angioqrafiya (anju) proseduru üçün icbari tibbi sığorta çərçivəsində klinika seçimi prosesinə müdaxilə edildiyi iddia olunur. xeberde.az xəbər verir ki, bu iddia sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Şikayətə görə, ailəyə seçim hüququ verilsə də, israrla “SAF Hospital”ın seçilməsi tövsiyə olunub və digər tibb müəssisəsinə yönləndirmə zamanı qeyri-rəsmi ödəniş tələbi irəli sürülüb. Pasiyent […]
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti (İcra Komitəsinin sədri) seçilib. Bu barədə xeberde.az-a AGF-dən məlumat verilib. Azərbaycan Gimnastika Federasiyasının hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, […]
Bakıda və bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 17-18-də külək güclənəcək. Bu barədə xeberde.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığauyğundur.
Gecə saat 3-də niyə oyanırıq? – Həkim səbəbini açıqladı
“Kortizol gecə saat üçdə oyanmaya səbəb olur”. xeberde.az “Daily Mirror” nəşrinə istinadla xəbər verir ki, bu barədə ümumi praktika həkim Amir Khan gecə saat üçdə qəfil oyanmaların səbəbini açıqlayarkən deyib. Xan qeyd edib ki, gecə oyanmaları hər kəsdə baş verə bilər və adətən eyni vaxtda təxminən gecə saat üç radələrində olur. Həkimin fikrincə, bu qəribə hadisənin […]
Saleh Məmmədovun komandası yoxlanılır – Həbslər gözlənilir
Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər. xeberde.az xəbər […]
Alimlər xəbərdarlıq edir: Bu qidalar sizi aylarla tez qocaldır
Son illərdə hər kəs gənc qalmağın yollarına fokuslanıb. Çünki artıq dünya daha sürətlə qocalır. Dünyanın ən sürətli yaşlandıran yeməyi konkret bir yemək adı ilə deyil, tibbdə “Ultra Emal Olunmuş Qidalar” (UPQ) kateqoriyası ilə təsdiqlənib. Son illərdə aparılan genişmiqyaslı araşdırmalar bu qidaların bioloji yaşımızı təqvim yaşımızdan xeyli irəli apardığını elmi faktlarla sübut edir. xeberde.az dünyanın ən sürətli […]
Tramp İsrailə İranla bağlı söz verib: niyə indi sızdırıldı? – DETALLAR
ABŞ prezidenti Donald Tramp hələ ötən ilin dekabrında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Vaşinqton və Tehran arasında razılaşma əldə olunmayacağı təqdirdə İsrailin İranın ballistik raket proqramına endirəcəyi zərbələri dəstəkləyəcəyini bildirib. Ölkə.Az xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb. Telekanalın xəbərinə görə, Tramp bu vədi Netanyahunun dekabrda Florida ştatındakı Mar-a-Laqo […]
TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib. xeberde.az xəbər verir ki, manset.az Anar İsrafilovla əlaqə saxlayıb. O, yeni təyinatı ilə bağlı qısa açıqlama verib: “Hələki yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələki bu barədə nəsə deyə […]
Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək. xeberde.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur. Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş […]










