Cəmiyyət Gündəm manset

Evə telefon çəkdirmək 30 manata başa gələcək – Rəsmi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib. xeberde.az xəbər verir ki, qərarı nazir Rəşad Nəbiyev imzalayıb. Qərara əsasən, ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit telefon telekommunikasiya operatorlarının telefon çəkilişi xidməti ilə bağlı tarif ƏDV daxil olmaqla 30 manat təsdiq edilib. Bu tarifə telefon nömrəsinin verilməsi, habelə […]

Cəmiyyət

Bakı Metrosunda yeni rəis TƏYİNATI

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib. xeberde.az xəbər verir ki, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub. Bildirilib ki, 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur, daha əvvəl neft sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Siyasət

Şahin Mustafayev İrana GEDİR

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edəcək. xeberde.az xəbər verir ki, məlumatı “News.mrud.ir” yayıb. Bildirilib ki, Baş nazirin müavini Şahin Mustafayev ötən gün İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşüb. Tərəflər İranın Astara şəhərində birgə sərhəd layihələrinin müzakirəsi barədə razılıq əldə ediblər. Görüş zamanı Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının rəhbərləri həmçinin […]

Dünya

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi

Milli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq xərçənginin qarşısını uğurla almış və onun inkişafını ləngitmiş peyvənd yaradıblar. xeberde.az xəbər verir ki, elmi tədqiqatın nəticələri “Theranostics” dərgisində nəşr olunub. Professor Tsu-Tan Veyin rəhbərliyi altında alimlər iPSC lizatlardan (dağılmış hüceyrə məhsulları) CpG immunostimulyatoru ilə birləşmiş şəkildə istifadə ediblər. Bu kombinasiyanın tətbiqi […]

Mədəniyyət

Qarabağda daha 44 abidə reyestrə daxil edilib – RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə aparılan kompleks tədqiqat və inventarlaşdırma işləri nəticəsində daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib, Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli, 193 nömrəli Qərarı ilə Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonları üzrə tarixi, memarlıq […]

Mədəniyyət

Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb. xeberde.az-ın məlumatına görə, mətndə deyilir: Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir. […]

Təhsil

I qrup üzrə universitetlərin təhsil haqları – RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələ ki, universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir […]

AKTUAL Araşdırma Cəmiyyət

Valideynlər pedofiliyanı necə tanıya bilər? – Bunlara diqqət edin

Pedofillər çox vaxt belə görünür: Şirin, mehriban, diqqətli böyüklərdir, uşaqlara çoxlu hədiyyələr alar, onları xüsusi hiss etdirməyə çalışırlar. xeberde.az xəbər verir ki, bunu psixoloq Ceyran Qədirova deyib. O, pedofil şəxslərin digər əlamətlərini aşağıdakı kimi sadalayıb: “Tək qalmaq üçün bəhanələr uyduranlar” – “birlikdə oyun oynayaq”, “film baxaq”, “yataq otağında yeni oyuncaqlar var” kimi ifadələrlə uşağı tək qalmağa çəkərlər. […]