Bu gün Vətən Müharibəsi Qəhrəmanı – şəhid polkovnik Zaur Nudirəliyevin doğum günüdür! xeberde.az-ın məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, usta dərəcəli pilot Zaur İsmayıl oğlu Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-2000-ci illərdə isə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində təyyarəçi ixtisası üzrə təhsil alıb. […]
Author: VUQAR FERZELIYEV
İlham Əliyev Çində Zəngəzur dəhlizindən DANIŞDI
Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək. xeberde.az əbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq […]
Rezidenturaya ixtisas seçimi elan edilir
1 sentyabr 2025-ci il saat 15:00-dan 2 sentyabr saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir. Bu barədə xeberde.az-a DİM məlumat verib. Qeyd edək ki, 2025/2026-cı tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 778 yerdən ibarət olub. Onlardan 71 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün və 40 yer İ.M.Seçenov adına Birinci Moskva Dövlət […]
Müəllimlərin nəzərinə! – Süni intellekt təlimləri təşkil olunur
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi”nin əməkdaşlığı çərçivəsində cari ilin avqust ayının 26-dan etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində çalışan 300 nəfər pedaqoji heyət üçün “Tədris prosesində Süni Zəka texnologiyaları” üzrə təlim təşkil olunacaqdır. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin məqsədi müəllimlərə süni zəka […]
Rusiyada yaşamaq istəyənlər oxusun: yeni rüsumlar tətbiq edildi
Rusiyada sentyabrın 1-dən etibarən miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minib. xeberde.az xəbər verir ki, yaşayış yerində qeydiyyat və müvəqqəti qalma müddətinin uzadılması üçün dövlət rüsumları artırılıb. Bundan sonra qeydiyyat üçün 500 rubl, müddətin uzadılması üçün isə 1000 rubl ödənilməlidir. Bu dəyişiklik miqrantların ölkədə rəsmi nəzarətdə saxlanmasını gücləndirməyə yönəlib. Moskva və ətraf regionlarda yaşayan bütün xarici […]
Şüvəlan çimərliyi müzakirələrə yol açdı: “Zamanlamada müəyyən problem yaranıb”
Dövlət Turizm Agentliyi Xəzər rayonunun Şüvəlan qəsəbəsində yeni ictimai çimərlikləri istifadəyə verib. Lakin sosial şəbəkələrdə bu addım müzakirələrə səbəb olub. İstirahət mövsümünün bitməsinə sayılı günlər qalmış çimərliklərin istifadəyə verilməsi nə dərəcədə məqsədəuyğundur? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sosial şəbəkələrdə bu çimərliklərin məhz yay fəslinin son ayında istifadəyə verilməsi […]
Onlara 4000 manat veriləcək
Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək. xeberde.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, sözügedən məvacib komissiya üzvlərinə Agentliyə təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsinə görə veriləcək. Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək: 1) Mərdan Orxan Şiruyyə […]
3 sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxsə və 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. Bu barədə xeberde.az-a tənzimləyici qurumdan bildirilib. Məlumata görə, bu qərar avqustun 29-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında qəbul edilib.
ATƏT-in qəbul etdiyi bütün qərarlar etibarsız elan edildi
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib. Bu barədə xeberde.az-a XİN-dən bildirilib. Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Azərbaycanın qətiyyətli mövqeyi regionda sabitlik yaradır
Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regional proseslərdə yeni mərhələnin konturlarını açıq şəkildə nümayiş etdirdi. Dövlət başçısı həm ölkənin tarixi yolunu, həm də qarşıdakı perspektivləri dəyərləndirərək Azərbaycanın mövqeyini qlobal auditoriyaya çatdırdı. Müsahibədə əsas vurğu Azərbaycanın otuz ildən artıq davam edən münaqişəni sona çatdırması, beynəlxalq hüququn bərpası, regional əməkdaşlığın və sülh gündəliyinin ön plana […]










