Bölgə Gündəm

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib. xeberde.az-ın xəbərinə görə, dövlətimizin başçısına stadion barədə məlumat verilib. Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki […]

Bölgə Hadisə

Astarada 60-dan çox ev su altında qaldı: Xilasedicilər cəlb olundu – VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində leysan yağışları güclü subasmaya səbəb olub. Qəsəbə sakinlərinin xeberde.az-a verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 60-dan çox ev su altında qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qrupları cəlb olunub. Ərazidə təxliyə işləri aparılıb, 30-dan çox sakin təhlükəsiz əraziyə köçürülüb.

Bölgə Gündəm

Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. xeberde.az xəbər verir ki, əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub. Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev […]

Təhsil

“Dərslər 40, tənəffüslər 10 dəqiqə olsun” – Mütəxəssisdən yeni təklif

Təhsil mütəxəssisi Kamran Əsədov məktəblərdə dərs və tənəffüs vaxtlarının balanslaşdırılması ilə bağlı maraqlı təklif irəli sürüb. Bu barədə xeberde.az-a danışan təhsil mütəxəssisi qeyd edib ki, dərslərin 40 dəqiqə, tənəffüslərin isə 10 dəqiqə müəyyən edilməsi həm şagirdlərin psixoloji durumuna, həm də ümumi öyrənmə keyfiyyətinə müsbət təsir göstərə bilər: “Uzunmüddətli tədqiqatlar göstərir ki, şagirdlərin diqqət müddəti dərs prosesində […]

Cəmiyyət

İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. xeberde.az xəbər verir ki, bu barədə Nazirliyindən bildirilib. Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov APA-ya açıqlamasında bildirib ki, Vətən müharibəsinin beşinci ildönümü çərçivəsində Ali Baş Komandanın […]

Bölgə Gündəm manset

İlham Əliyev Yevlaxda… FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. xeberde.az-ın xəbərinə görə, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib. Bildirildi ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii […]

Bölgə Gündəm manset

Gəncə faciəsinin kiçik şahidi Prezidentlə birlikdə – FOTO

Gəncə Memorial Kompleksində keçirilən tədbirdə Prezidentə 7 yaşlı Nilay Əliyeva yoldaşlıq edib. xeberde.az xəbər verir ki, Nilay 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və nənəsini itirib. Azərbaycan xalqının yaddaşına qanla yazılan bu faciənin kiçik şahidi bu gün ölkə başçısının yanında idi – bu, həm şəhid ailələrinə verilən dəyərin, həm də Azərbaycan dövlətinin […]

Siyasət

Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. xeberde.az dövlətimizin başçısının çıxışını təqdim edir. Prezident İlham Əliyevin çıxışı -Xanımlar və cənablar. Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni […]