Bəzən bir şəhərin taleyində bütöv bir millətin iradəsi, ağrısı və qüruru cəmlənir. Laçın da belə şəhərlərdən biridir. Bu şəhər, 30 il ərzində sadəcə coğrafi ərazi deyil, həm də xalqımızın yaddaşında bir nisgil, bir həsrət, amma eyni zamanda bir ümid simvoluna çevrilmişdi. İndi isə həmin Laçında birlikdə dayanmaq qələbənin təkcə zəfər səhnəsi deyil, həm də xalqın mənəvi ucalığının, birliyinin, səbrinin və vəfasının təntənəsidir.Laçında birgə olmağımız millət olaraq keçmişin yaralarına baxıbgələcəyin qurulması üçün bir daha diz çöküb yox, başıdik ayağa qalxdığımızın sübutudur.Bu torpaqda səslənən hər kəlmə, atılan hər addım, Azərbaycanın dövlətçilik tarixində yazılmış ən parlaq səhifələrdən biridir. Burada olmaq, susaraq da danışmaqdır vətənin nələr bahasına azad olunduğunu hiss etdirmək, gələcək nəsillərə tarixdən dərs verməkdir. 30 il ərzində susan dağlar indi bizimlə danışır. O lal səssizlik içində Şəhidlərin nidası, qocaların duası, anaların göz yaşı, körpələrin isə ümid dolu baxışları gizlənmişdi. İndi isə bu səssizlik yerini yeni səsə bərpa edilən həyatın, dirçələn mədəniyyətin və yüksələn Azərbaycanın səsinə verir. Laçında birlikdə olmaq bu səslərin ahənginə qoşulmaq milli iradənin əzəmətini bir daha dərk etməkdir. Əgər bir millət öz torpağına bu qədər bağlıdırsa, onu heç bir güc tarixdən silə bilməz. Laçının azadlığı bunu sübut etdi. Biz burada yalnız bir ərazini deyil, bir epoxanı azad etdik əsarətin yerini azadlığa, unudulmanın yerini xatırlanmağa verdik. Laçın artıq bir qələbə simvolu deyil, həm də xalqın ruhunun təcəssümüdür. Laçında birgə olmaq bizə tarix boyu yad edilən bir həqiqəti yenidən xatırladır ,torpaq, üzərində yaşadığımız sahə deyil, uğrunda can verilən,yaşadan, qoruyan bir Vətəndir. Bu torpaqda Şəhidlərin qanı axıbsa, burada atılan hər addım dua kimi yerə düşür. Burada səslənən hər kəlmə, minlərlə ailənin ürəyində illərlə daşıdığı həsrətin cavabıdır. Biz indi sadəcə qayıtmırıq biz haqqımızı alırıq. Laçında birgə olmaq təkcə bugünün yox, həm də gələcəyin məsuliyyətini daşımaqdır. Biz bu torpaqlarda gələcək nəsillərə yalnız abad yollar, yenilənmiş binalar deyil, həm də möhkəm milli yaddaş buraxmalıyıq. Çünki bu torpaq bizə təkcə coğrafiya ilə deyil, Şəhid qanı ilə əmanət edilib. Ona görə də Laçında dayanmaq sadəcə dayanmaq deyil, əyilməmək,unutmayacağımıza and içməkdir.Vəliyeva SüdabəSaatlı Dövlət Rəsm Qalereyasının direktoru
Oxşar Xəbərlər
Füzuli rayonunun coğrafi mövqeyi və təbii xüsusiyyətləri
Azərbaycanın qədim və strateji əhəmiyyətə malik bölgələrindən biri olan Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən başlayaraq Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Coğrafi mövqeyinə görə Füzuli həm dağlıq, həm də düzənlik relyef formalarına malikdir ki, bu da onun təbiətinin və təsərrüfat həyatının rəngarəngliyinə səbəb olur. Füzuli rayonu Cəbrayıl, Xocavənd, […]
Ərdoğan Netanyahunu quru yudu, yaş sərdi: ” Bölgə təhlükəsizliyinə ən böyük təhdiddir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun siyasətini bir daha kəskin tənqid edib. xeberde.az xəbər verir ki, Ərdoğan son çıxışında Netanyahunun Yaxın Şərqdə sülh və sabitliyə qarşı ciddi təhlükə yaratdığını bildirib. “Netanyahu bir daha nümayiş etdirdi ki, o, regional təhlükəsizliyə ən böyük təhlükədir,” – deyə Ərdoğan vurğulayıb. Prezident Ərdoğan həmçinin bəyan edib […]
I qrup üzrə universitetlərin təhsil haqları – RƏQƏMLƏR
Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələ ki, universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir […]


