AKTUAL Cəmiyyət manset

Fiziki zorakılığa məruz qalan azyaşlı ilə bağlı ekspertiza təyin edildi

Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırması aparılır.

Bu barədə xeberde.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib. Qeyd olunub ki, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib: “Qəyyumluğun ləğv edilməsi və uşağın sığınacağa yerləşdirilməsilə üçün aidiyyəti dövlət qurumları ilə zəruri işlər görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir