1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayonundan olan Ahılları üçün Hollywood restoranında təşkil olunan tədbir “Şərur” MTK-nın sədri İsfəndiyar Axundovun dəstəyi ilə baş tutub. Tədbirin əsas məqsədi ahıl nəslə ehtiramın ifadə olunması, onların cəmiyyətin inkişafındakı rolunun vurğulanması, eləcə də şəhid ailələri və qazilərə diqqət və qayğının göstərilməsi olub.
Tədbirdə Milli Məclisin deputatları Sosial Xidmətlər Agentliyinin nümayəndələri, Vətən Müharibəsi Qəhrəmanı və şəhid ailələri iştirak ediblər.
Çıxış edənlər ahılların zəngin həyat təcrübəsindən və gənc nəslin formalaşmasına verdikləri töhfələrdən bəhs edərək, yaşlı insanlara göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Qonaqlar üçün zəngin süfrə və musiqili proqram təşkil olunub.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə “Şərur” MTK-nın sədri İsfəndiyar Axundova minnətdarlıqlarını bildiriblər.
“ŞƏRUR”MTK-NIN MƏTBUAT XİDMƏTİ









