Ermənistan parlamenti ikinci və son oxunuşda 2027–2029-cu illər üçün aksiz vergisi dərəcələrinin cədvəlini təsdiqləyib. Yeni dərəcələr 1 fevral 2027-ci ildən qüvvəyə minəcək.
xeberde.az yerli KİV-ə istinadən xəbər verir ki, siqaretlərə tətbiq olunan aksiz 1000 ədəd üçün 19,5 min dramdan 21 min drama yüksələcək, 2029-cu ilə qədər isə 24 min drama çatacaq. Elektron siqaretlər üçün dərəcə 4,1 min dramdan 5,4 min drama artırılacaq, 2029-cu ildə isə 1000 ədəd üçün 9 min dram olacaq.
Benzinə aksiz 43,6 min dramdan 54,1 min drama qədər artırılacaq, sıxılmış təbii qaz üçün isə 37,1 min dramdan 46 min drama qalxacaq. Bu dərəcələr 2027–2029-cu illər ərzində qüvvədə olacaq.
Üzüm və meyvə-giləmeyvə şərabına tətbiq edilən aksiz litr üçün 165 dramdan 210 drama yüksələcək.
Bununla yanaşı, meyvə arağı üçün aksiz litr üçün 4,6 min dramdan 3 min drama endiriləcək — bu, sahəyə dəstək məqsədi daşıyır. Konyak üçün isə 100% spirtin şərti litrində 4 min dram vahid dərəcə müəyyən ediləcək: bu, gənc konyaklar üçün artım, daha uzun müddət saxlanılan məhsullar üçün isə azalma deməkdir.




