Cəmiyyət

Azərbaycan Xəzər regionunda mühüm mövqedədir

    Avropa Komissiyasının  Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Xatırlayırsınızsa, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Memorandumu imzalanmışdı. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.

     Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azərbaycan bu yaxınlarda yükaşırma qabiliyyəti 10 milyon ton olan və yükaşırma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını edib. Bu, Azərbaycanın logistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir,   həqiqətən də onu göstərir ki, Azərbaycan hökuməti infrastruktura böyük sərmayə yatırıb.

  Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Tərəflər arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.

                                                                                                                            Sadiq Şahbazov,

                                  Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi və   

                                   memarlıq-tikinti məsələləri  şöbəsi müdirinin müavini, Sosial iqtisadi

                                  məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir