İran ordusu İsrailə məxsus iki F-16 və bir neçə PUA-nın məhv edildiyini təsdiqləyib. xeberde.az xəbər verir ki, ordudan verilən məlumata görə israilli qadın pilot da SEPAH qüvvələri tərəfindən əsir götürülüb.
Bakının mərkəzində “BYD” markalı avtomobil körpüdən aşıb. xeberde.az xəbər verir ki, maşın Ələsgər Qayıbov küçəsindən sürətlə gələrək Heydər Əliyev prospektinin kənar yoluna düşün və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib. Görüntülərini təqdim edirik:
Azərbaycan güləşçilərinin Tiranada keçirilmiş Avropa Güləş Çempionatı çərçivəsində komanda hesabında birinci yeri tutması ölkənin idman sahəsində əldə etdiyi nəticələrin ardıcıl və sistemli xarakter daşıdığını bir daha nümayiş etdirir. Bu uğur yalnız ayrı-ayrı idmançıların fərdi nailiyyətlərinin cəmi kimi deyil, bütövlükdə formalaşmış idman modelinin səmərəliliyinin göstəricisi kimi dəyərləndirilir. Prezident İlham Əliyev tərəfindən çempion güləşçilərlə keçirilən görüş isə […]