İdman

DÇ-2026: Avstriya İordaniyanı məğlub edib

Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya – İordaniya oyunu başa çatıb.

xeberde.az-ın məlumatına görə, Avropa təmsilçisi rəqibini məğlub edib – 3:1.

Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Ali Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Al Arab avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib.

Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir