Dünya

Meloni Ərdoğanın sözünü yerə salmadı – Siqareti tərgitdi

İtaliyanın Baş naziri Giorgia Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində digər liderlərə bir ay əvvəl siqareti tərgitdiyini bildirib.

xeberde.az  “Euronews”ə istinadən xəbər verir ki, G7 liderləri ilə söhbətində Meloni qəhvə istədiyini deyir. Almaniya kansleri Fridrix Merz zarafatla ondan içkisi ilə birlikdə siqaret istəyib -istəmədiyini soruşur.

“Xeyr, mən siqareti atmışam”, – deyə İtaliya Baş naziri cavab verir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen “Əhsən!” deyir və digər liderlər də bunu təsdiqləyərək alqışlayırlar.

İtaliya hökumətinin başçısı bir ay əvvəl siqareti tərgitdiyini açıqlayıb. Bundan sonra Britaniya Baş naziri Kir Starmer Avropa Şurasının prezidenti António Kostadan nə vaxt siqareti tərgitdiyini soruşub.

“Mən 2005-ci ildə tərgitmişəm… Bir daha çəkməmişəm… 21 il əvvəl”, – deyə Kosta cavab verir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Qəzza Sülh Zirvəsində İtaliya Baş nazirinin pis vərdişi Türkiyə Prezidentinin zarafatına səbəb olub.

https://platform.twitter.com/embed/Tweet.html?creatorScreenName=olkeaz&dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfdGltZWxpbmVfbGlzdCI6eyJidWNrZXQiOltdLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2ZvbGxvd2VyX2NvdW50X3N1bnNldCI6eyJidWNrZXQiOnRydWUsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdHdlZXRfZWRpdF9iYWNrZW5kIjp7ImJ1Y2tldCI6Im9uIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19yZWZzcmNfc2Vzc2lvbiI6eyJidWNrZXQiOiJvbiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfZm9zbnJfc29mdF9pbnRlcnZlbnRpb25zX2VuYWJsZWQiOnsiYnVja2V0Ijoib24iLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X21peGVkX21lZGlhXzE1ODk3Ijp7ImJ1Y2tldCI6InRyZWF0bWVudCIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3Nob3dfYmlyZHdhdGNoX3Bpdm90c19lbmFibGVkIjp7ImJ1Y2tldCI6Im9uIiwidmVyc2lvbiI6bnVsbH0sInRmd19kdXBsaWNhdGVfc2NyaWJlc190b19zZXR0aW5ncyI6eyJidWNrZXQiOiJvbiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdXNlX3Byb2ZpbGVfaW1hZ2Vfc2hhcGVfZW5hYmxlZCI6eyJidWNrZXQiOiJvbiIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdmlkZW9faGxzX2R5bmFtaWNfbWFuaWZlc3RzXzE1MDgyIjp7ImJ1Y2tldCI6InRydWVfYml0cmF0ZSIsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfbGVnYWN5X3RpbWVsaW5lX3N1bnNldCI6eyJidWNrZXQiOnRydWUsInZlcnNpb24iOm51bGx9LCJ0ZndfdHdlZXRfZWRpdF9mcm9udGVuZCI6eyJidWNrZXQiOiJvbiIsInZlcnNpb24iOm51bGx9fQ%3D%3D&frame=false&hideCard=false&hideThread=false&id=2066876279429689572&lang=en&origin=https%3A%2F%2Folke.az%2Fdunya%2F469820%2Fmeloni-erdoanin-szunu-yere-salmadi-siqareti-tergitdi%2F&sessionId=8d281d055c59dd45c6b3ed44972bbf8dd1c3e8ce&siteScreenName=olkeaz&theme=light&widgetsVersion=6a3ad42b224df%3A1778106238597&width=550px

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir