Hadisə

Bakıda ŞOK HADİSƏ: Arvadını…

Bakıda 50 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Hadisə bu ilin fevralın 19-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Tamerlan həmin gün saat 22:00-da yaşadıqları fərdi evində həyat yoldaşı Kəmalə (adlar şərtidir – red.) aralarında mübahisə yaranıb.

Tamerlan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı masanın üzərindən götürdüyü kül qabını Kəmalənin baş nahiyəsinə qəsdən vuraraq, ona xəsarətlər yetirib.

Faktla bağlı Tamerlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tamerlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmasını deyib.

Zərərçəkmiş də məhkəmədə verdiyi ifadəsində ərini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü söyləyib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndiriən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. \\demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir