Sosial şəbəkələrdə Sabunçuda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumatlar paylaşılıb.
İddia ilə bağlı xeberde.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, belə bir hadisə olmayıb.
“Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır”.




