Cəmiyyət

Çexiya ilə əməkdaşlıq perspektivləri güclüdür

  Çexiya-Azərbaycan əməkdaşlığı artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər Nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir.  Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib.  Çexiya  Prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.

  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında Qəbələdə keçirilmiş görüş və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi siqnaldır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səsləndirdiyi fikirlər həm də Azərbaycanın Avropa ilə əməkdaşlıq strategiyasının konkret istiqamətlərini və prioritetlərini ortaya qoyan konseptual yanaşma kimi dəyərləndirilməlidir.

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, xüsusilə iki ölkə arasında ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldırmalıyıq. Bu gün ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Bunun daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq.

   Ölkələrimiz arasında önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə müştərək işlər xüsusi önəm daşıyır. Həmçinin hava ilə yükdaşımaları sahəsində potensial əməkdaşlıq kimi mühüm məqam əlaqələrin genişlənməsi üçün mühüm şərtdir.

                                                                                                             Vüqar Cavadov,

     Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin  Cəlilbad rayonu üzrə  

     gənclər və idman sektorunun müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir