Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukrayna Prezidenti Volodimir .Zelenskinin Azərbaycana səfəri ilə bağlı bəyanatında qarşılıqlı əlaqələrin vəziyyətini bəhs edərkən vurğulayıb ki, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.
Azərbaycan və Ukrayna münasibətləri uzun illərdir dostluq və qarşılıqlı etimada əsaslanan sabit siyasi xətt üzərində inkişaf edir. Bu münasibətlərin əsas ideoloji dayaqlarından biri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımasıdı. Çünki Azərbaycan özü də beynəlxalq hüququn pozulması və ərazi bütövlüyünün uzunmüddətli şəkildə pozulması təcrübəsini yaşamış ölkədir və bu səbəbdən suverenlik məsələsinə həssas yanaşır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib ki, “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”. Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik. İki ölkə arasında enerji və iqtisadi əməkdaşlıq siyasi xəttin əsas dayağıdır. Məlumdur ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın Avropaya ixrac etdiyi enerji resursları alternativ marşrutların formalaşmasına imkan verir. Bu isə enerji təhlükəsizliyinin təminində çoxşaxəli yanaşmanın tətbiqinə zəmin yaradır. Azərbaycanın Avropanın enerji xəritəsində artan çəkisi təkcə enerji sektorunda deyil, həm də qlobal siyasi koordinatlarda Azərbaycanın daha fəal aktor kimi rolunu gücləndirir.
Enerji ilə bağlı qarşılıqlı fayda modeli müasir təhlükəsizlik düşüncəsinin mühüm hissəsinə çevrilir. Şübhəsizdir ki, Azərbaycan Ukraynanın enreıi təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Dost ölkədə “SOKAR”-ın fəaliyyət dairəsi geçnişlənir, döyüşən Ukraynaya humanitar yardımlar çərçivəsində elektrik avadanlıqları, müxtəlif cihazlar göndərilir.
Arif Abdullayev,
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Rəşad Abdullayevin atası




