Cəmiyyət Gündəm

Sabiq deputat vəzifədən kənarlaşdırıldı

Milli Məclis bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin təyin edilməsi ilə bağlı məsələyə baxıb.

MSK-nın üzvlüyünə Sevinc Abdullayeva, Fuad Cavadov, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Elçin Xələfov, Ramiz İbrahimov, Rövzət Qasımov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Elmar Məmmədov, İlham Məmmədov, Arifə Muxtarova, Qabil Orucov, Hüseyn Paşayev, Məzahir Pənahov, Mikayıl Rəhimov və İlkin Şahbazov təyin edilib.
Bununla yanaşı, Aysel Cəlilova, Züriyə Qarayeva və Elnarə Mustafayeva MSK-nın əvəzedici üzvləri kimi təsdiqlənib.

Qeyd edək ki, bu təyinatlar nəticəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) MSK-dakı iki nümayəndəsi dəyişib. Bunlar Şaitdin Əliyev və Validə Kazımovadır. Yeri gəlmişkən, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların təmsilçisi Nizami Nadirxanlı da MSK üzvlüyündən kənarlaşdırılıb.

Beləliklə, YAP keçmiş deputat Şaitdin Əliyevə bu dəfə etimad göstərməyib və onu MSK-dan kənarda saxlayıb.

Xatırladaq ki, Şaitdin Əliyev birinci və ikinci çağırış (1995-2000 və 2000-2005) Milli Məclisin üzvü olub.

O, 2010-cu ilin iyun ayında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmişdi. O, bir müddət MSK-nın sədr müavini də olub.

Ş.Əliyev əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

O, 1995-ci ildə 18 nömrəli Əzizbəyov (indiki Xəzər rayonu) dairəsindən bitərəf namizəd kimi deputat seçilmişdi.

2000-ci ildə isə elə həmin dairədən YAP-ın namizədi olaraq deputat seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir