Vaxtaşırı keçirilən Qlobal Forumların beynəlxalq mühitə göstərdiyi təsirin miqyası kifayət qədər gücludur. Bu baxımdan XIII Bakı Qlobal Forumunun da əhəmiyyəti böyükdür. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti cənab Antonio Koşta mətbuata bəyanatlarla çıxış ediblər. Prezidentlər Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq ediblər. Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bizim enerji sahəsində hazırkı tərəfdaşlıq heç zaman olmadığı kimi daha əhəmiyyətlidir. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Prezidentlər həmçinin Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərini vurğulayıblar. Çətinliklərin, xüsusilə də mina ilə çirklənmənin miqyasını qeyd edərək, onlar Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində aparıcı beynəlxalq donor olduğunu vurğulayıb, beynəlxalq dəstəyin artırılmasına çağırış ediblər. Birgə Bəyanatda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in həyata keçirilməsinin ticarət, daşımalar, sərmayə, iqtisadi dayanıqlılıq və təmiz enerji daxil olmaqla, müvafiq prioritet sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını genişləndirmək üçün imkanlar yaradıldığı qeyd edilib. Hafiz Cavadov, YAP veteranı,




