8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zərifliyin, duyğunun və sevginin səhnədə sözə və musiqiyə çevrildiyi möhtəşəm bir gecə sənətsevərləri gözləyir.
Milyonların sevdiyi Türkiyənin məşhur müğənnisi Orhan Ölmez ilə tanınmış şair və qiraət ustası Səbuhi Zaman ilk dəfə duet konsert proqramı ilə eyni səhnədə çıxış edəcək. Şeir və musiqinin harmoniyasının təqdim olunacağı bu xüsusi axşam qadınlara həsr olunub.
Canlı ifalar, duyğulara toxunan şeirlər və unudulmaz səhnə anları ilə yadda qalacaq gecə sevən, hiss edən və ilham verən bütün qadınlar üçün əsl bayram hədiyyəsi olacaq.
Təşkilatçıların bildirdiyinə görə, konsert qadınlara özlərinə vaxt ayırmaq, ruhlarını musiqi ilə, qəlblərini isə şeirlə zənginləşdirmək fürsəti yaradacaq.
Bu gecə bir daha sübut edəcək ki, qadınlar hər zaman sevginin, ilhamın və gözəlliyin mənbəyidir. Çünki onlar buna layiqdirlər.
Not: KONSERTİN TƏŞKİLATÇISI
NM PRODAKŞIN, NATİQ NOVRUZOV
KONSERTİN TƏŞƏBBÜSKARI VƏ TƏBLİĞATÇISI:
Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi rəhbər heyəti @nnfilm.konsert @sebuhizaman_official @orhanolmez




