Son günlər sosial şəbəkələrdə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər şəbəkəsinin adı ilə yayılan qeyri-rəsmi kampaniya və müsabiqələrin şirkətlə heç bir əlaqəsi yoxdur.
Rəsmi kommunikasiya kanallarımızda paylaşılmayan heç bir aksiya, lotereya və ya kampaniya “OBA”ya aid deyil.
Müştərilərə belə hallarda ehtiyatlı olmaq tövsiyə edilir:
- Şübhəli linklərə daxil olmamaq;
- Rəsmi səhifələrdə yayımlanmayan məlumatlara inanmamaq;
- Dolayı yollarla yayılan elanlarla bağlı diqqətli olmaq.
“OBA” Marketlər şəbəkəsi yalnız öz rəsmi platformalarında paylaşdığı məlumatlara görə məsuliyyət daşıdığını və müştərilərin təhlükəsizliyinin prioritet olduğunu vurğulayır.
Xeberde.az




