İdman

“Qarabağ”ın rəqibləri məlum oldu

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

xeberde.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilir.

Püşkdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

“Köhlən atlar” III təsnifat mərhələsinə vəsiqə qazanarsa, “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

III mərhələnin ilk oyunları avqustun 5-6-da, cavab görüşləri bir həftə sonra baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Şelburn”la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir