Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat, Azərbaycan və Özbəkistan dövlət rəsmilərinin qəbul etdikləri qərarlar, imzalanmış sənədlər gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Özbəkistan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Bu sənəd həm ikitərəfli, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə həll etməyə imkan yaradır. Səfərin yekunları göstərdi ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Özbəkistan üçün açıqdır. Azərbaycanın kommunikasiya xətlərindən istifadə də üçün Özbəkistan üçün qazanclı ola bilər. Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Özbəkistana tam şərait yaradır. Dövlət başçılarının görüşlərində bu məsələnin əhəmiyyəti xüsusilə vurğulandı. İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi. Həyata vəsiqə alan yeni sənədlər Azərbaycan və Özbəkistan arasındakı tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyəti güdür. Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu. Hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və əməkdaşlıq edir. Həmçinin gələcək layihələr baxımından Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılacaq. Həm də qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparılacaq. Çünki Orta Dəhliz layihəsi ya istismar, ya hazırlıq, ya da tikinti mərhələsində olan bir neçə qola malikdir. Təbii ki, Mərkəzi Asiya məkanında Orta Dəhlizin bütün şaxələndirilmiş marşrutları üzrə son nəticədə yükləri qəbul edəcək nəqliyyat infrastrukturu xeyli böyük həcmdə yük qəbul etməyə hazır olacaq.. Xudayar Sultanlı,ADPU Cəlilabad filialının direktoru
