Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də keçirilmiş Laçın Zirvə görüşündə vurğuladığı kimi, son illərdə Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycan Respublikasının ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə üç ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Azərbaycanın bölgədəki hakim gücü, ən əsas da güclü müttəfiq və qardaşlıq dəstəyi Laçında nümayiş olundu. Bölgənin iqtisadi və siyasi gücü sayılan Azərbaycanın dünya gücləri sayılan Pakistan və Türkiyə ilə Laçındakı əzələ nümayişi ilk əvvəl bölgədəki duruma “əl qoymaq istəyənləri” xəbərdar etmək siqnalı idi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısıdır, öz enerji resurslarını Türkiyə vasitəsilə Avropaya tədarük edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr bu əməkdaşlığın əsasını təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. Hər gün genişlənən enerji əlaqələri Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə – İğdır-Naxçıvan qaz kəmərinin reallaşması ilə yekunlaşıb. Bununla da blokada şəraitində yaşayan Naxçıvanın enerji təhlükəsizliyini təmin etmək mümkün olacaq. Prezident İlham Əliyevin Laçın Zirvə görüşündə vurğuladığı kimi, Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün xüsusilə ortaq gündəmimizi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaqlar. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirik. Bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Hindistanla münaqişə bunu açıq-aydın göstərdi. Son dövrlərdə bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əminik ki, Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və digər toplantılar əkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracağıq. Məmmədzadə Əliyev,Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri
Oxşar Xəbərlər
Türkiyə XİN nümayəndəsi: Ankara tərəfdaşlarına Cənubi Qafqaza obyektiv yanaşmanın əhəmiyyətini çatdırır
Türkiyə dost ölkələr də daxil olmaqla, bütün dialoq tərəfdaşlarına Cənubi Qafqazdakı proseslərə obyektiv yanaşmanın əhəmiyyətini çatdırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Qafqaz idarəsinin rəhbərinin müavini, səfir Ayşe Üzer dekabrın 10-da Ankaradakı Hacettepe Universitetində Cənubi Qafqazla bağlı müzakirələr çərçivəsində təşkil edilən “Türk dünyası: keçmişdən gələcəyə” panel sessiyasında bildirib. “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” […]
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib. xeberde.az-ın məlumatına görə, paylaşımda deyilir: “Qoy qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı bahasına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz əbədi olsun!”
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanıldı – VİDEO
“Tiktok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb. xeberde.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar-kazino oyunlarında qazanc əldə etmək adı altında dələduzluq edən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb. O, “TikTok” sosial şəbəkəsində “Gazanc Tiktok”, “Zahid.Əliyev114”, “Yusif […]

