“Azadlıq radiosu”nun rus dilində yayımlanan xidməti fəaliyyətini dayandırıb.
xeberde.az xəbər verir ki, bu barədə məlumatı layihənin özü yayıb.
Radionun yayımı aprelin 15-dən dayandırılıb.
Qeyd edək ki, “Radio Free Europe / Radio Liberty” (RFE/RL) hüquqi şəxsi ABŞ Konqresinin ölkənin Qlobal Media Agentliyinin (USAGM) qrantı vasitəsilə təqdim etdiyi vəsait hesabına maliyyələşib. Martın 14-də isə ABŞ Prezidenti Donald Tramp “USAGM” də daxil olmaqla 7 federal agentliyin yenidən təşkil edilməsi barədə sərəncam imzalayıb.