Hadisə

Heydər Əliyev prospektində daha bir qəza – Taksi aşdı

Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

xeberde.az xəbər verir ki, hadisə saat 06:10 radələrində baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli “Report”un sorğusuna cavab olaraq bildirib ki, “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir