Təhsil

Bu məktəblər elektron jurnala keçib 

Hazırda Bakıda fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrində elektron jurnallardan istifadə olunur.

xeberde.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə açıqlama verib.

İdarə rəisi qeyd edib ki, layihənin əsas tətbiq arealı hazırda Bakı şəhəridir. Bununla belə, regionlarda da elektron jurnala keçidlə bağlı təşəbbüs göstərən və sistemə qoşulan məktəblər var. Gələcək mərhələdə coğrafiyanın daha da genişləndirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir