2025-ci il mayın 11-də keçirilən 9 illik buraxılış imtahanları və kolleclərə qəbul imtahanlarının nəticələrinə dair apellyasiya və məhkəmə müraciətlərinin sayı çox aşağı olub.
xeberde.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan həmin imtahanlardan sonra ümumilikdə 6 nəfər apellyasiya müraciəti edib. Onlardan 5-i kolleclərə qəbul imtahanının, 1-i isə buraxılış imtahanının nəticələrindən narazı qaldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl keçirilən 9-cu sinif buraxılış imtahanının nəticələrindən narazı qalaraq apellyasiyaya müraciət edənlərin sayı daha çox olub.
Belə ki, 13 aprel tarixində 9-cu siniflərin buraxılış imtahanından 428, 20 apreldəki imtahandan 445, 27 apreldə keçirilən imtahandan isə 410 nəfər cavablandırdığı sualların düzgün yoxlanılmadığını düşünərək apellyasiyaya müraciət edib.