manset Siyasət

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatdı

Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb.

xeberde.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X”də bildirib.

Səfirin sözlərinə görə, humanitar yardım artıq təhvil verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama əsasən Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir