Dünya Siyasət

Paşinyan Ərdoğanın qəbuluna bu qovluğu aparır – Təfərrüat AÇIQLANDI

Ermənistanın Baş naziri Nikol Paşinya iyunun 20-də Türkiyə Prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə Ankaraya gedir. Ermənistan parlamentinin sədri Alen Simonyan mətbuatda yayılan məlumatı təsdiqləyib və bunu “tarixi səfər” adlandırıb.

“Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyədə səfər edəcək”, – o, parlamentdə jurnalistlərə deyib.

xeberde.az-ın məlumatına görə, A.Simonyan bunun rəsmi və ya işgüzar səfər olduğunu izah etməkdə çətinlik çəkib.

Parlament sədrinin sözlərinə görə, bu səfər hökumətin İran-İsrail gərginliyi ilə bağlı yaranan risklərin neytrallaşdırılmasına yönəlmiş addımlarından biri sayıla bilər.

Spiker səfərin təfərrüatları və proqramını açıqlamayıb və jurnalostlərə Baş nazirin mətbuat xidməti ilə əlaqə saxlamağı təklif edib.

Eyni zamanda, Simonyan əlavə edib ki, Ankarada bütün regional məsələlər müzakirə olunacaq.

Ermənistanın “24News” agentliyi isə diplomatik mənbəyə istinadən xəbər verib ki, Ərdoğan-Paşinyan görüşündə əsasən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin müzakirə ediləcəyi gözlənilir.

Agentliyin məlumatına görə, Paşinyan Ərdoğana Erməni Apostol Kilsəsini özünə tabe olmağa və Rusiya bazasını Gümrüdən çıxarmağa söz verib. Yolların açılması ilə bağlı üçüncü məqamın da müzakirə mövzusu olduğu qeyd edilib.

“24News” diplomatik mənbəyə istinadən yazır ki, Nikol Paşinyan prezident Ərdoğanla Ermənistan-Azərbaycan sülh müqaviləsinin şərtlərini razılaşdırmaq üçün Türkiyəyə səfər edir.

Qeyd edilir ki, Paşinyan Ərdoğanla sülh müqaviləsinin imzalanacağı yer məsələsini müzakirə edəcək: birinci variant Vaşinqtondur (bu ilin sentyabrında), ikinci variant Birləşmiş Ərəb Əmirlikləridir (ehtimal ki, dekabrda).

Martın 13-də məlum olub ki, İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.

İrəvan və Bakı arasındakı sülh müqaviləsi 17 maddədən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir