manset Secme Xeberler Siyasət

ULU ÖNDƏR 1923 – 2 ∞ 3

HƏR BİR İNSAN ÜÇÜN ONUN MİLLİ MƏNSUBİYYƏTİ ONUN QÜRUR MƏNBƏYİDİR. MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏMKİ, MƏN AZƏRBAYCANLYAM!

HEYDƏR ƏLİYEV

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HƏYATI VƏ FƏALİYYƏTİ BİR FƏDAKARLQ NÜMUNƏSİDİR. ONUN MİRASI İSƏ BUGÜNKÜ MÜSTƏQİL AZƏRBAYCANDR!

İLHAM ƏLİYEV

Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim milli azadlıq və istiqlaliyyət tarixinin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı, qurucusu, Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü tamam olur. Bütün mənalı həyatını  xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısndakı xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatrlayacağımz dünya tarixinə parlaq və silinməz  iz qoymuş,  qeyri-adi zəka, fitri istedad sahibi olan dahi şəxsiyyətdir.

İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxmışdır. Azərbaycanda  müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması, milli mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, Ulu Öndər Heydər Əliyevin siyasi fəhmi və müdrikliyi sayəsində mümkün olmuşdur. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərdən qaynaqlanır.

Zamanın hökmü ilə ötən əsrin 90-c illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistan təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək 15 iyun 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyub saxlyaraq, döğma Vətəninin xilası naminə misilsiz fədakarlq nümayiş etdirmişdir. Xalqımz onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasnn dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri 1995-ci ilin 12 noyabrnıda ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitutsiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını,insan hüquq və azadlıqlarnı qeyri-şərtsiz təmin olunmasnın bünövrəsini qoymuşdur.

 Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetidirməsidir. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 22 il ərzində iqtisadiyyatn bütün sahələrində davamlı islahatlar aparmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb. Demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.   

   Azərbaycanın Prezidenti Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub.

   Azərbaycan xalqınn Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqnn qəlbində əbədi yaşayacaqdır.

 Hazırladı: Biologiya üzrə fəlsəfə doktoru  Şəfəq Məmmədova.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir