MARAQLI

Çiyələyi yumağın doğru yolu: bilmədiyiniz vacib detallar

Çiyələk ölkəmizdə çox sevilən meyvələrdən biridir.

xeberde.az xəbər verir ki, bu meyvə dadlı olmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır.

Buna görə də bir çox insan “çiyələk necə düzgün yuyulmalıdır?” sualına cavab axtarır. Bəziləri onu duzlu suda, bəziləri isə sirkəli suda saxlamağı məsləhət görür.

Çiyələk həm duzla, həm də sirkə ilə yuyula bilər. Amma düzgün üsula əməl etmək vacibdir.

Duzla təmizləmə:

  • Bir qaba 2 stəkan su tökün
  • Üzərinə 2 çay stəkanı duz əlavə edin
  • Çiyələkləri bu suda 4–5 dəqiqə saxlayın
  • Daha uzun saxlasanız, meyvə yumşala bilər
  • Sonra çıxarıb soyuq su ilə yuyun

Sirkə ilə təmizləmə:

  • Bir qaba 1 stəkan ağ və ya alma sirkəsi tökün
  • Üzərinə 8 stəkan su əlavə edin
  • Çiyələkləri bu suda 4–5 dəqiqə saxlayın
  • Uzun müddət saxlanarsa, rəngində dəyişiklik ola bilər
  • Daha sonra çıxarıb süzün və soyuq sudan keçirin

Vacib qeyd

Allergiyası olan və ya hər hansı sağlamlıq problemi riski daşıyan şəxslər bu üsulları tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir