Mədəniyyət

Qənirə Paşayevanın büstünü hazırlayan heykəltaraş: “Yaradıcılığımda rolu böyükdür”

Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın büstü hazırlanıb. Büstün müəllifi heykəltəraş Elxan Zeynalovdur. 

O, xeberde.az-a açıqlamasında bildirib ki, Qənirə Paşayevlə şəxsi əlaqələri olub: “Qənirə xanım yaradıcılıqda qalmağıma bilavasitə kömək etmiş şəxs olub. Hazırda Naxçıvanda işləyirəm. Mən Naxçıvana gələnə qədər Akademiyanı bitirdikdən sonra Bakı İstanbul Liseyində çalışmağa başladım. Orada mənə emalatxana verilmişdi. Emalatxanın bağlanması ucbatından mən özüm oradan ayrıldım. Qənirə xanıma müraciət edən kimi Xətai Rayonu Mədəniyyət Mərkəzinin nəzdində emalatxana verildi. Qənirə xanımın göstərişi ilə mənə otaq ayrıldı, yaradıcılıqa məşğul oldum”.

E.Zeynalov fotoların bir-birindən çox fərqli olmasına görə büstü hazırlarkən çətinlik çəkdiyini deyib:

“Çox fotolar axtardım. Həmin fotolar arasında da kəsişmələr oldu. Xanım olduğu üçün fotolar bir-birindən fərqlənirdi. Fotolarda saç düzümü, makyaj dəyişir, bu da əlbəttə, mənim üçün böyük çətinlik yaradırdı. Ona görə mən bir neçə fotodan bəhrələnməyə çalışdım. Açığı istər-istəməz fikirləşirdim, hiss edirdim ki, tənqidlər olacaq. Baxış bucağı fərqlidir. Mən Qənirə xanımı sadə, saçları yığılmış halda hazırladım. Daş-qaş, dalğalı saç da etmək olardı. Amma o siyasi xadim, şair idi. Onu ciddi peşəsinə görə çox sadə göstərdim. Bu mənim yaradııcılıq işimdi, hələ eksperimentdir. Qənirə xanım asan xarakter deyil. Qənirə xanım mürəkkəb mübarizə yolu keçib. Bunun kimi, onun xarakteri də mürəkkəbdir. Gülümsəməsi belə onun ciddiliyini ifadə edirdi. Çalışacam zehnimi toplayım və o işin üzərində yenə də işlər görüm. Qənirə xanımın obrazı üzərində bu hələ eksperimentdir.  Qənirə xanımın xatirəsini yaşatmaq lazımdır. Mən bir heykəltaraş kimi düşünürəm ki, onun büstü ilə kifayətlənmək lazım deyil, heykəli də qoyulsa, çox gözəl olardı”.

1437204

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir