Mədəniyyət

Kənanın “Qayıdış”ı xaricə satılan ilk serial oldu

Tanınmış rejissor Kənan MM-in lentə aldığı “Qayıdış” serialı xaricə satılıb.

xeberde.az xəbər verir ki, Xəzər Media Mərkəzinin Azərbaycanda istehsal etdiyi ekran işi Qazaxıstan və Özbəkistanda yayımlanacaq.

Qazaxıstanda serial “Qfilm”, “BeeTV”, “Alma+”,”TV+”, “Tele2”, “Unico Play” platformalarında, həmçinin Koktem kanalında mövcud olan Qazaqsha kitabxanasına daxil edilib. Serial qazax və rus dillərində yayımlanacaq.

Həmçinin 18 seriya artıq özbək dilinə tərcümə olunub və Özbəkistandakı premyerası gələn həftə “Click” platformasında baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir