Mədəniyyət

Orxan Fikrətoğluna yeni vəzifə verildi

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.

xeberde.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.

O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.

Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir