Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb.
Məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.
Z.Gülməmmədovun həbs müddəti daha üç ay uzadılıb.
Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan dörd ay sonra həbs edilib.




