Ağdaş rayonunda 53 yaşlı kişi bıçaqlanıb.
xeberde.az-ın məlumatına görə, rayonda müğənni kimi fəaliyyət göstərən 53 yaşlı Yusif Hüseynova 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov tərəfindən xəsarət yetirilib.
Bildirilir ki, Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovuntoy sifarişinə getməməsi olub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.