Dünya İqtisadiyyat

Trampın rüsum siyasəti pivə biznesini də vurdu- Narazılıq artır

ABŞ Prezidenti Donald Tramp xarici pivə istehsalçılarına qarşı 25%-lik gömrük rüsumları tətbiq edib.

xeberde.az xəbər verir ki, bu qərar nəticəsində “Heineken”, “Carlsberg” və “Corona” kimi iri markalarla müqavilə bağlayan istehsalçılar, təchizatları dayandırıb və rüsumların şərtləri barədə aydınlıq gözləyirlər.

Ekspertlər bu tədbirin iş yerlərinin itirilməsinə, pivə qiymətlərinin artmasına və bir sıra pivə zavodlarının bağlanmasına səbəb ola biləcəyini bildirirlər.

Bu qərar ABŞ-dakı pivə bazarını ciddi şəkildə təsir edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir