İdman

Tofiq Musayevin UFC-dəki debüt döyüşündə rəqibi kim olacaq?

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin Bakıda keçiriləcək UFC (Ultimate Fighting Championship – Mütləq Döyüş Çempionatı) debüt döyüşündəki rəqibi qırğızıstanlı döyüşçü ola bilər.

xeberde.az xəbər verir ki, döyüşçümüzün debüt qarşılaşmasında qırğızıstanlı Mktıbek Oralbeylə üzləşmə ehtimalı çoxalıb.

Qırğızıstanlı döyüşçü karyerası ərzində 16 döyüş keçirib, bunlardan ikisində məğlub olub , bir dəfə isə heç-heçə edib.

Qeyd edək ki, Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və beş dəfə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir