Hadisə

Hərbi Prokurorluğun qarşısında maşın yandı – FOTO

Paytaxtda Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb.

xeberde.az xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir