Türkiyənin Afyonkarahisar Sandıklıda 18 yaşlı gənclər arasında zarafat zəminində baş verən dava zamanı ov tüfəngi ilə atəş açması nəticəsində 6 nəfər yaralanıb.
Hadisə bu gün saat 14:00 radələrində Cümə Məhəlləsi Helvacılar küçəsində baş verib.
Hadisə 18 yaşlı gənclər arasında baş verib.
Deyilənə görə, zarafat səbəbiylə çıxan mübahisə davaya çevrilib.
Ətrafdakıların xəbər verməsindən az sonra hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib. Hadisədən sonra bir nəfər qaçıb. O, hadisə də istifadə etdiyi tüfənglə birlikdə evinin yaxınlığında polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb

Xeberde.az