Cəmiyyət Gündəm

TƏBİB-ə yeni mətbuat katibi təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni mətbuat katibi təyin olunub.

xeberde.az xəbər verir ki, bu barədə jurnalist Elnur Niftəliyev öz Facebook hesabında paylaşım edib.

O bildirib ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qurumdakı fəaliyyətini başa vurduğunu açıqlayıb. Elnur Hidayətoğlu isə bu vaxta qədər bu departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir