Gündəm Hüquq

Baş Prokurorluq: Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub

Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur.

xeberde.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.

“Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, – Pərviz Cəlilov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir