İranı indi tərk edə bilərik, amma mən bunun bitməsini istəyirəm.
xeberde.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O daha sonra qeyd edib: “Seçim imkanım olsaydı, nə etmək istərdim? Nefti götürmək. Təəssüf ki, Amerika xalqı bizim evə getməyimizi istərdi.
Əgər bu məndən asılı olsaydı, nefti saxlamaq istərdim. Sadəcə düşünmürəm ki, ABŞ xalqı bunu həqiqətən başa düşər”.
İrana qarşı ədəbsiz ifadələr və söyüş işlətməsinin səbəbini izah edən Tramp deyib ki, Pasxa günü İranı “yalnız bir məqsədəuyğunluq yaratmaq üçün” təhdid etmək üçün kobud ifadələr işlətdim.
İran daxilində qarşıdurmalara səbəb olmaq məqsədilə silah göndərdiyini etiraf edən Tramp deyib ki, biz müəyyən miqdarda silah göndərdik, onlar İran xalqına çatmalı idi: “Nə baş verdiyini bilirsinizmi? Onları göndərdiyimiz insanlar onları mənimsəyiblər. Mən müəyyən bir qrup insandan çox narazıyam və onlar bunun üçün ağır bədəl ödəyəcəklər. İran xalqı silah əldə edən kimi müqavimət göstərəcək. Əgər silahları olsaydı, İran iki saniyə ərzində təslim olardı”, – deyə o qeyd edib.
Tramp eyni zamanda belə qəribə ifadə də işlədib: “İran xalqı bomba səsini eşitməyəndə əsəbiləşir, bomba səsini eşitmək istəyir”.




